Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada sinaqoq və metro stansiyasında planlanan terror aktlarının qarşısını alıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
FTX-nin mətbuat xidmətindən bildirilib ki, əməliyyatla Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının - İŞİD-in üzvü olan Orta Asiya əsilli Rusiya vətəndaşının yeri müəyyən olunub: "Moskvada sinaqoq və metro stansiyasında terror aktı törətməyi planlaşdıran bu şəxs təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiyindən zərərsizləşdirilib".
Xəbərdə adı açıqlanmayan terrorçunun planını həyata keçirdikdən sonra Əfqanıstana qaçmağı planladığı da qeyd edilib: "Həmin şəxsin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkarlanaraq götürülüb"
Zülfiyyə Mustafayeva
MİA.AZ