AZ

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

2025-ci il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 991.8 milyon ABŞ dolları təşkil edib.


Pravda.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 3.3 milyon dollar çoxdur.


Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% və ya 658.5 milyon dollar azalıb.

Tarix: 3 Mart 2025, 15:01   
Seçilən
125
13
pravda.az

10Mənbələr