“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, 40 yaşlı ulduz onun inkişafına kömək edən futbol kumirlərinin adını çəkib:
“Ronaldo və Ronaldinyo öz miraslarını, tarixdə izlərini qoyub getdilər. Onlardan daha çox fərdi titul qazandığımı deyə bilərəm, amma hər ikisi dünya çempionu olublar.
Onları çox bəyənirəm. Mən onların oyunlarına baxaraq böyümüşəm. Mənə deyin, onlardan ən yaxşısı kimdir? Onların mənim kumirlərimdir. Tarixdə böyük iz qoyaraq gediblər”.