AZ

Sevil Mikayılova: Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyasına hər kəsin töhfə verməsi çox vacibdir

Bakı. Trend:

Prezident İlham Əliyevin irəliyə sürdüyü Qərbi Azərbaycana qayıdışstrategiyası ətrafında hər birimizin dərindən düşünməyimiz vəbundan sonra da töhfə verməyimiz çox vacibdir.

Trend xəbərverir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqlarıkomitəsinin üzvü Sevil Mikayılova komitənin bu gün keçiriləniclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”ninmüzakirəsində çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ombudsmanın məruzəsi kifayət qədər hərtərəflivə mükəmməl hazırlanıb, vətəndaşların həyat fəaliyyətinin bütünsahələrini əhatə edir. Qərbi Azərbaycandan qovulmuş və qaçqınvəziyyətinə salınmış azərbaycanlıların hüquqlarının bərpa olunmasıilə bağlı hissəyə toxunararq millət vəkili məsələ ilə bağlıməhkəmə-hüquq müstəvisində iş görülməsinin vacibiyini bildirib.

"Ombudsmanın məruzəsində qeyd olunur ki, Ermənistan əhalinin zorlaköçürülməsinin insanlıq əleyhinə cinayət kimi təsbit olunduğuBeynəlxalq Cinayət Məhkəməsinin Roma statutuna qoşulmasınabaxmayaraq, o, öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir.

Azərbaycan adıçəkilən sənədə qoşulmayıb, amma zərərçəkəntərəfdir.

“Bu məsələ ətrafında xüsusi olaraq düşünməyimiz zəruridir, adekvatvə yaxud paralel hansısa addımların atılması çox vacibdir ki,beynəlxalq məhkəmə instansiyalarında Qərbi Azərbaycandan qovulmuşşəxslərin hüquqlarını hərtərəfi şəkildə qoruya bilək”.

Millət vəkili çıxışında hesabatda əksini tapan təhsil hüquqları iləbağlı hissəyə də diqqət çəkib.

“Orta məktəbdə natamam orta təhsil 9 il nəzərdə tutulub və əgər9-cu sinifi bitirən şəxslər təhsildə yüksək nəticələrgöstərmirlərsə, onlar 11 illik təhsilə qədəm qoymurlar vətəhsillərini dayandırmalı olurlar.

Biz əgər nəzərə alsaq ki, Azərbaycanda əmək qanunvericiliyinəəsasən, əmək münasibətləri 18 yaşından sonra tənzimlənir (istisnahallarda valideynlərin icazəsi ilə 15 yaş), o zaman bu müddətərzində bir boşluq yaranır. Yəni, ya bu şəxslər peşə təhsilinə cəlbolunmalıdırlar, necə ki, əvvəllər belə bir praktika var idi, ya daki, onların əmək fəaliyyətinə cəlb olunması üçünqanunvericiliyimizdə müəyyən dəyişikliyin olması çox vacibdir”.

Milli Məclisin deputatı məruzədə yer alan gender bərabərliyinintəminatları ilə bağlı hissəyə də öz təkliflərini səsləndirib.

“Xüsusi olaraq məruzədə qeyd olunur ki, Bakı Dövlət Universitetində“Genderə giriş” fənni tədris edilib və o davam edəcək. Əgər bufənnin mütləq şəkildə bizim təhsil sistemimizə daxil olması iləbağlı qərar vermişiksə, o zaman nəzərə almalıyıq ki, hamı alitəhsil hüququ qazanmır. Ona görə orta məktəb proqramında biz bufənnin və yaxud bu mövzunun hər hansı bir fənn daxilindəkeçilməsinə, onun bu təhsil pilləsində nəzərə alınmasına nailolmalıyıq”, - deyə deputat əlavə edib.

Seçilən
46
4
az.trend.az

5Mənbələr