Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Eyni oyunda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimələnib.
“Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi”nin 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klubu 1500 manat cərimə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta