AZ

Ermənistan USAİD vasitəsilə 110 milyon dollar alıb


Ermənistan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 110 milyon dollar alıb.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Belə ki, ötən ilin payızında ABŞ və Ermənistan arasında 250 milyon dollarlıq qrant sazişi imzalanıb.
Lakin təşkilatın fəaliyyətinin dondurulması ilə əlaqədar Ermənistan qalan məbləği ala bilməyib.
Nazirlik qrantın əsasən Ermənistanda vətəndaş cəmiyyəti və medianın inkişafı üçün ayrıldığını qeyd edib.
Əvvəllər ABŞ və Ermənistan arasında qrant sazişi 120 milyon dollara bağlanıb.
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr