AZ

Biznesimizi satacağımız şəxsi necə seçək?

Bəzi insanların, biznes adamlarının müəyyən bir yerə qədər gətirdiyi bir biznesi olur. Həmin biznes üzərində əziyyət çəkir və bəzi səbəblərdən dolayı biznes satılır. Lakin biznes sahibi istəyir ki, satdığı biznesi davam etdirilsin. Bu hallarda biznesi satacağımız biznesmen, müştəri seçimi nə dərəcədə önəmlidir?

Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirib ki, bu məsələdə doğru və ya səhv yanaşma olduğunu demək olmaz: “Bir biznes satılırsa, vacib ola bilər ki, o biznesi kim alacaq. Bu situasiyada dəyərlər çox önəmli ola bilər. Yəni yaratdığı şirkətə ürəyini qoyan, bütün həyatını, vaxtını sərf edənlər istəyər ki, biznesi öz əlində olmasa da davam etsin. Bundan başqa, şirkətin doğma olmasında, davam etdirilməsində şirkətin adının ailə üzvinin adı ilə bağlı olması kimi hallar da ola bilər ki, bu halda şirkət sahibkar üçün doğma olur”.

Biznesini satanlar əvvəlcədən məqsəd qoyur

İ.Əfəndiyev mövzu ilə bağlı Amerika yanaşmasını bölüşüb: “Burada ailə şirkəti olmayan şirkətlər yaradılarkən ilk olaraq o şirkəti inkişaf etdirəndə, rəhbər şəxs şirkətin, brendin bazar qiymətinin maksimum nə qədər ola biləcəyini düşünür, nəzərə alır və buna görə hərəkət edir. Məsələn, “WhatsApp” tətbiq "Facebook”a satıldı. Yəni “WhatsApp”ın sahibi onu inkişaf etdirdi və satdı. Görünür ki, startapı yaradarkən məqsəd o idi ki, şirkətin dəyərini formalaşdırsın, qiymətini maksimum artırsın. Bazarda şirkətinin, işinin qiyməti çox olsun və beləcə sağlam müştəri bazası ilə qiymətlər də artsın”.

Sərvanə Rəmixanova 

Seçilən
19
valyuta.az

1Mənbələr