Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.
Publika.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.
Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir:
“Günaydın” restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır
“Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.
“Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır.
“Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır.
“The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill & Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.
Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam ba
Ağ şəhərdə yerləşən “Bashkent White City”də iftar qiymətləri iki cür - menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.
“Dreamland”da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servishaqqı ödəməli olacaq.
Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia Baku” restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servishaqqı isə 10 faiz təşkil edir.