Misli Premyer Liqasında XXVIII turun oyun cədvəli məlum olub.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
IV dövrənin ilk matçlarının yeri və vaxtı dəqiqləşib. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
XXVIII tur
28 mart (cümə)
19:30. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu
29 mart (şənbə)
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
“Neftçi Arena”
19:00. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
30 mart (bazar)
16:00. “Kəpəz” – “Səbail”
Tovuz şəhər stadionu
18:00. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu
İdman.biz