NBA tarixinin ən yaxşı basketbolçularından olan Stiven Karri etdiyi "dunk" ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, o, əsasən 3 xallıq atışları ilə məşhurdur. Ulduz basketbolçu "Philadelphia 76ers" ilə qarşılaşmada 29 xal və 13 məhsuldar ötürmə ilə komandasının ən məhsuldar adı olub. Lakin bu dəfə Karri qeyri-ənənəvi cəhəti ilə diqqət mərkəzinə düşüb. Çünki təcrübəli atıcı 2019-cu ildən sonra ilk dəfə dunk edib.
Qeyd edək ki, həmin görüşdə "Golden State" məğlub olub.