AZ

YARAT yerli və xarici rəssamların əsərlərindən ibarət “Mən və Nuhun gəmisi, Mən və dünya tufanı” adlı qrup sərgisini təqdim etdi (FOTO)

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı yerli və xarici rəssamlarınəsərlərindən ibarət “Mən və Nuhun gəmisi, Mən və dünya tufanı” adlıqrup sərgisini məmnuniyyətlə təqdim etdi.

Trend xəbər verir ki,sərginin açılışından öncə isə kurator və rəssamlarla görüş həyatakeçirildi. Hər bir rəssam öz əsərinin ərsəyə gəlmə tarixçəsiniaçıqladı, sonda isə tamaşaçıların suallarını cavabladılar.

Nəsimi fəlsəfəsinin müasir traktovkasından ilhamlanan qrupsərgisi Azərbaycan rəssamları Tərlan Qorçu və Orxan Hüseynovun,rəssamlar Mladen Milyanoviç (Bosniya və Herseqovina) və PavlaNikitinanın (Çexiya) YARAT-ın sifarişi ilə hazırladıqları heykəl,instalyasiya və audiovizual layihələrini təqdim edir. Həmçininekspozisiyada yeni layihələrlə yanaşı, müxtəlif medialardayaradılmış Mixaylo Alekseyenko, Volodimir Budnikov və VladaRalkonun (Ukrayna), Rimas Sakalauskasın (Litva), NataliyaVatsadzenin (Gürcüstan), Əli bəy Hüseynzadə, Səlim Turan və ElturanMəmmədovun (Azərbaycan) əsərləri nümayiş olunur.

XIV əsrdə Seyid İmadəddin Nəsimi yazırdı: “Cahanda nə varsainsanla bağlıdır”. Onun fəlsəfəsi bəyan edir ki, hər bir insanreallığı öz təcrübəsinin prizmasından qavrayaraq ətrafındakıdünyanı formalaşdırır. Hər birimiz dünyanı fərdi olaraq qavrayırıqvə hər bir insan dünyasını dəyişdikdə, onun şüurunda mövcud olmuşbütöv bir dünya da onunla birlikdə yox olur. Buna görə də, biztəkcə özümüzə deyil, həm də seçimlərimiz və əməllərimiz iləformalaşdırdığımız bütöv dünyaya görə məsuliyyət daşıyırıq.

Nəsiminin Mən müşahidə olunan və müşahidəedənəm. Mən işıq və zülmətəm, mən həm qoca, həmuşağam kəlamı rəqəmsal texnologiyalar dövründə,sosial şəbəkələrin şəxsi və ictimai sərhədləri sildiyi bir mühitdəyeni məna qazanır. Öz adından danışmaq imkanı, kimliyin onun təşkiledən bütün çalarları ilə dərk edilməsinə rəğmən sayıqlıq həm şəxsi,həm də beynəlxalq sərhədlərə hörmət məsələsini daha kəskin şəkildəgündəmə gətirir. Ləyaqət və suverenlik hüququ inklüzivlik vədekolonizasiya proseslərini ön plana çıxarır. Nəsiminin səsi, bukontekstdə dəstək, ilham və ümid verən, həmçinin bilik üzərindəqurulmuş müstəmləkəçi iyerarxiyaları sarsıdan amillərarasındadır.

Fəlsəfi paralellər ukraynalı neyrofizioloq Oleq Kriştalındüşüncələrində öz əksini tapır. O, insan beynini iki sonsuzluqarasında hərəkət edən “zaman maşını” ilə müqayisə edir. Onundüsturu Nəsiminin fəlsəfəsi ilə həmahəng səslənir:Hüdudsuzam. Mən hüdudsuzam. Hüdudsuzluqdan biridışda, ikincisi daxildədir”.

İnsanın dünyadakı mövcudluğunu geniş bir panoramada təqdim edənbu qrup sərgisi həm də Nəsiminin sözləri ilə işıqlanan bir gələcəktəsəvvür etməyə imkan yaradır: Sən, Allahkəlamını bilsən də, müdrik olmazsan, lakin sən müdrikolmasan da, heyvan olmayacaqsan”.

Sərgi oktyabrın 26-dək YARAT Müasir İncəsənət Məkanında davamedəcək.

Sərginin kuratoru: Kostiantin Doroşenko.

Tədqiqatçı: Nizami Məmmədov.

Xüsusi təşəkkürlər: Azərbaycan İstiqlal Muzeyi.

YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
YARAT
Seçilən
23
az.trend.az

1Mənbələr