AZ

Universitetlərə çağırış

Ötən il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilib.

İRİA və ETN mövcud məlumatlardan istifadə etməklə yeni dəyər formalaşdıraraq tələbə biletlərini "myGov" tətbiqi üzərindən rəqəmsal formada təqdim etmək imkanı yaradıb.

Yəni tələbələr SİMA imza ilə “myGov” tətbiqinə daxil olmaqla burada tələbə məlumatlarının əks olunduğu “tələbə kartı”nı əldə edirlər. Bununla da tələbələr alternativ olaraq, fiziki formada tələbə kartı olmadan da tələbə məlumatlarını lazım olan yerlərə təqdim edə bilirlər.

İRİA “myGov”dakı tələbə məlumatlarının oxunması üçün də “MyGov Checker” tətbiqi yaradıb və  qurumlar öz səlahiyyətli şəxsləri vasitəsilə bu tətbiqdən istifadə  etməklə tələbə məlumatlarının oxunmasını həyata keçirirlər. 

Ötən il qısa müddətdə AzTU-nun 10 mindən çox tələbəsi “mvGov” mobil tətbiqini telefonlarına yükləyib və SİMA imza ilə qeydiyyatdan keçiblər. Universitetin Mühafizə xidmətinə İRİA əməkdaşları təlim keçib.

Hazırda AzTU-da tələbələrin qeydiyyatı alternativ olaraq həm də “myGov” üzərindən aparılır. Universitet rəhbərliyi və Mühafizə xidməti bununla da gündəlik olaraq tələbələrin məlumatlarının yoxlanılması və tarixçə haqqında, həm də hansı səlahiyyətli şəxslər tərəfindən yoxlanılması haqqında məlumatlı olur.

Düşünürəm ki, belə bir layihənin digər universitetlər tərəfindən də reallaşdırılması çox faydalı olardı.

Bununla bağlı universitetlərdə məsul şəxslərin ayrılması və İRİA ilə əlaqə saxlanılması yetərlidir.

Layihənin qısa zamanda reallaşması üçün İRİA və ETN tərəfindən bütün imkanlar yaradılıb, öyrədici materiallar hazırlanıb və zəruri dəstək göstərilir. Bütün xidmətlər pulsuzdur.

Universitetlər sadəcə “myGov” tətbiqini tələbələrin telefonlarına yüklənməsinə təşəbbüs göstərməli  və  tələbə məlumatlarını yoxlayacaq şəxslərə checker.e-gov.az portalında səlahiyyətlər verməlidir.

Düşünürəm ki, yüz minlərlə tələbənin rəqəmsal hökumət həllərinə, “rəqəmsal tələbə kartı”, “rəqəmsal şəxsiyyət vəsiqəsi” və digər rəqəmsal sənədlərə,  SİMA imzaya sahib olması ölkədə rəqəmsal transformasiyanın inkişafına ciddi təkan verəcək.

Universitetlərin “rəqəmsal tələbə kartı” layihəsinə qoşulması və bunu təşviq etməsi çox vacib və faydalı olardı.

Universitetlər üçün aşağıdakı faydalı məlumatları da diqqətinizə çatdırıram:

1. Tələbələr myGov mobil tətbiqini APP Store və Play Store dan yükləyə bilərlər.

2. Tətbiqi yüklədikdən sonra “Digital Login” vasitəsilə tətbiqə giriş etmək lazımdır. Digital Login sistemdə qeydiyyat üçün SİMA və ya Video qeydiyyat imkanı mövcuddur və köməkçi materiallar da orada yerləşdirilib.

3. Universitet rəhbərliyi, Mühafizə xidməti paylaşılan sənəd və məlumatların doğruluğunu yoxlamaq üçün “myGov Checker”dən istifadə edirlər, App və veb versiyalar mövcuddur.

4. Layihə ilə bağlı İRİA-da Tural Həsənovla ([email protected]) əlaqə saxlamaq olar

Seçilən
35
1
vaxt.az

3Mənbələr