AZ

AzMİU-da Qazaxıstan Universitetləri ilə əməkdaşlıq görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)Qazaxıstanın Şərqi Qazaxıstan Texniki Universiteti və Atrau Neft vəQaz Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, ŞərqiQazaxıstan Texniki Universitetinin rektoru Saulə Rahmatullina,Atrau Neft və Qaz Universitetinin prorektoru Sabit Mukhanov və hərüç universitetin nümayəndə heyətləri iştirak ediblər.

Rektor professor Gülçöhrə Məmmədova çıxışında Qazaxıstanuniversitetləri ilə mövcud olan faydalı əməkdaşlıqları vurğulayıb.O, türk dövlətləri arasında əlaqələrin daha da gücləndirildiyini,xüsusilə Orhun mübadilə proqramının buna yeni imkanlar yaratdığınıqeyd edib.

Rektor ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulanvə prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətnəticəsində Azərbaycanın yerləşdiyi regionun lider ölkəsinəçevrildiyini bildirib və qazandığı böyük zəfərindən söz açıb. Azadolunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işlərinədiqqət çəkən rektor bu prosesdə AzMİU məzunlarının aktiv iştirakınıqürurla qeyd edib.

Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru SauləRahmatullina Azərbaycanda və AzMİU-da olmaqdan duyduğu məmnuniyyətiifadə edib. O, universitetlər arasında birgə əməkdaşlığın yeniimkanlar yaradacağını söyləyərək gələcəkdə reallaşa biləcək ortaqlayihələr haqqında fikir mübadiləsi aparıb.

Atrau Neft və Qaz Universitetinin prorektoru Sabit MukhanovAzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, AzMİU-daaparılan elmi tədqiqatlar ilə maraqlandıqlarını, qarşılıqlıtədqiqat mübadiləsinin mümkünlüyünü dilə gətirib və birgəəməkdaşlığın yaradacağı yeni imkanlar barədə danışıb.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Seçilən
19
3
az.trend.az

4Mənbələr