AZ

Azərbaycan Norveçlə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) NorveçVergi Administrasiyası ilə vergi sahəsində təcrübə mübadiləsi vəyeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib.

Bu barədə Trend DVX-yə istinadən xəbər verir.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin rəisi, Avropadaxili Vergi AdministrasiyalarıTəşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Norveç VergiAdministrasiyasının baş direktoru xanım Nina Şanke Funnemark iləvideoformatda görüş keçirib.

Görüşdə gündəmdə olan prioritet əməkdaşlıq istiqamətləri vəikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələraparılıb. Tərəflər həm IOTA çərçivəsində, həm də ikitərəflisəviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıqimkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərinibölüşüblər.

IOTA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində təkliflərmüzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi həriki ölkə üçün vergi sistemlərinin yüksək beynəlxalq standartlarauyğun təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşün davamında vergi inzibatçılığı sahəsində birgətəşəbbüslərin artırılması imkanları nəzərdən keçirilib, bu məqsədləmövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraqdoğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Seçilən
69
2
az.trend.az

3Mənbələr