Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramının hazırlanmasına başlanılıb.
Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, dünyada əsasən uran reaktorları geniş yayılıb: "Bunun səbəbi bəzi güclərin uranın alternativ məqsədlər üçün istifadəsini mümkün hesab etməsidir. Hazırda dünyada demək olar ki, torium reaktorları mövcud deyil. Lakin Azərbaycanda bu sahə üzrə dövlət proqramının hazırlanmasına start verilib".