AZ

“İranda böhran dərinləşəcək” – Politoloq səbəblərini açıqladı

“İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinə etimad göstərməyərək onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qonşu ölkədə siyasi hakimiyyətində baş verən prosesləri şərh edərkən bildirib.

Xatırladaq ki, iqtisadiyyat və maliyyə nazirinə qarşı etimadsızlığa görə vitse-prezident Məhəmməd Cavad Zərif də istefa verib. O, nazirə və Prezident Məsud Pezeşkiana dəstəyini ifadə edib.

Politoloq İranda böhranın dərinləşəyini bir neçə amillə izah edib: “Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, Prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian Prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifini vitse-prezident təyin etmişdi. Cavad Zərifi ötən ilin avqust ayında da istefa vermişdi. Zərifi o zaman Prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu Zərifinin narazılığına səbəb olmuşdu. Görünür, Zərifi hesab edirdi ki, islahatçı Prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir. Zərifinin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifini müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifinin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq”.

E.Şahinoğlu qeyd edir ki, Məsud Pezeşkian özündən əvvəlki islahatçı prezidentlər kimi mühafizəkar dairələrlə münasibətləri gərginləşdirmək istəmir, son dərəcə ehtiyatlıdır. O, xatırladır ki, İranı idarə edən ali dini liderdir.

Ali dini liderin təyin etdiyi şəxslər və SEPAH generalları Prezidentə tabe deyillər. Xalqın seçdiyi Prezident bir qrup mollanın təyin etdiyi şəxsin sözü ilə geri addım atır. Bu halda Prezident vəd verdiyi islahatları necə həyata keçirəcək?”, -təhlilçi sual edir.

“AzPoltika.info”

Seçilən
19
16
azpolitika.info

10Mənbələr