Yenidoğulmuş uşaqların təxliyəsinin əlçatanlığını təmin etmək məqsədilə TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz ambulansla (reanimobillə) təmin edilib.
Ambulansda körpələrin təhlükəsiz daşınması üçün temperatur, oksigen səviyyəsi və həyati əlamətləri nəzarətdə saxlayan xüsusi küvəz mövcuddur.