AZ

DİM və “YAŞAT” Fondu memorandum imzalayıb

Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

“Cebheinfo.az” xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun imzaladığı memorandum 44 günlük Vətən müharibəsinin şəhid və qazi ailələrinə mənəvi dəstək üçün birgə əməkdaşlıq sahələrini müəyyən edir. 

Görüşdə sədr M.Abbaszadə bildirib ki, şəhid övladları və qazilərin təhsil sahəsində fəaliyyəti Dövlət İmtahan Mərkəzi tərəfindən daim izlənilir və lazımi dəstək göstərilir. Eləcə də, qazilərin ali təhsil müəssisələrinə hazırlaşması üçün xüsusi kurslara cəlb edilməsi və bəzi sınaq imtahanlarında ödənişsiz əsaslarla iştirak edilməsinə köməklik göstərilir. Sədr həmçinin bildirib ki, cari ildə ümumi orta təhsil səviyyəsi üzrə 77, tam orta təhsil səviyyəsi üzrə isə 57 şəhid övladının buraxılış imtahanlarında iştirakı nəzərdə tutulur və proses ümumi olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən yaxından izlənilir.

Qeyd edək ki, memorandumda:

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında ilk əməkdaşlıq memorandumu 2021-ci ildə imzalanıb. 

Seçilən
21
2
cebheinfo.az

3Mənbələr