Azərbaycan kuboku uğrunda yarışın yarımfinal matçlarının ilk oyunlarının təqvimi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, final ərəfəsində ilk matçlar aprelin 2-də baş tutacaq.
Öncə "Araz-Naxçıvan" "Qarabağ"ı, ardınca "Neftçi" "Sabah"ı sınağa çəkəcək.
Qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
2 aprel (çərşənbə)
“Araz-Naxçıvan” – “Qarabağ”
“Liv Bona Dea Arena”, 17:00
“Neftçi” – “Sabah”
“Neftçi Arena”, 19:30