AZ

Yanvar ayında kartof satışından gəlirimiz 93 min manat azalıb

2025-ci ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 113 ton miqdarında, 33 min ABŞ dolları dəyərində kartof ixrac edilib. 

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 172 ton, dəyər ifadəsi ilə 55 min ABŞ dolları (93 min 500 manat) azalma deməkdir. 

Ötən ilin eyni dövründə kartofun xaricə satışı miqdar ifadəsi ilə 285 ton, dəyər ifadəsi ilə 88 min ABŞ dolları olub.

Sərvanə Rəmixanova

Seçilən
34
valyuta.az

1Mənbələr