AZ

Avropa Şurasının sədri dünyaya səsləndi: “Rusiyaya bunu etməyə imkan verilməməlidir”

“Rusiyanın gücünü bərpa edib yenidən geri dönməsinə imkan verilməməlidir”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Antonio Kosta deyib.

O bildirib ki, Avropa İttifaqı Ukraynada ədalətli sülhdə maraqlıdır:

“Sülh layihəsi o deməkdir ki, təhlükəsizlik və müdafiə mütləq prioritetdir. Çünki müdafiəsiz sülh illüziyadır. Sülh sadəcə olaraq Rusiyaya yenidən güclənmək üçün daha çox vaxt verən atəşkəs deyil. Biz ədalətli və davamlı sülh istəyirik”, – Kosta vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
13
konkret.az

1Mənbələr