Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası Dadaş Quliyev vəfat edib.
QHT.az xəbər verir ki, bu barədə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat verib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü MAHHXHQ əsgər Kamran Quliyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək 5 oktyabr tarixində qəhrəmancasına şəhid olub. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
QHT.az mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə dərin hüznlə başsağlığı veririk.