AZ

Ötən ay 18 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparır.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, fevral ayı ərzində Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla ümumilikdə 18 aptekdə yoxlama aparılıb.

Aparılan yoxlamalar nəticəsində 3 aptekdə nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Seçilən
29
6
yeniazerbaycan.com

10Mənbələr