AZ

Koloradoda “Xocalının səsləri: Anım Günü” tədbiri (FOTO)

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən DenverUniversitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş"Khojaly Voices: A Day of Remembrance" (“Xocalının səsləri: AnımGünü”) adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbir“Koloradoda Azərbaycan Diasporu” təşkilatı və Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.

Anım mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin,Azərbaycanın ABŞ-dəki Konsulluğunun əməkdaşları, Azərbaycanicmasının və yerli ictimaiyyətin üzvləri iştirak edib.

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib vəXocalı soyqırımı qurbanlarının, ölkəmizin ərazi bütövlüyü uğrundacanından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutlayad olunub.

“Koloradoda Azərbaycan Diasporu” təşkilatının rəhbəri NigarŞıxsəfiyeva açılış nitqində Xocalı soyqırımı haqqında qonaqlaraətraflı məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət AbbasovaXocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalqədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdənsonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışındandanışıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun konsulu RamizDaşdəmirov soyqırımına ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaqüçün konsulluğun gördüyü işlərdən danışıb.

Konfransda ELTV və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənətMərkəzinin “History of Azerbaijan” layihəsi çərçivəsindəhazırladığı Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.

İcma üzvü Ülviyyə Adıgözəlova Xocalı soyqırımı qurbanlarınınxatirəsinə həzin musiqi ifa edib. Koloradodakı icmamızın 5 nəfərazyaşlı üzvünün Xocalı soyqırımının qurbanı uşaq və körpələrə ithafetdikləri teatr səhnəsi nümayiş olunub və müxtəlif şeirlərsəsləndirilib.

Sonda icma üzvləri Kolorado ştatında diaspor təşkilatına yeniyaranmasına baxmayaraq, belə bir tədbirin təşkilinə görəminnətdarlıq ifadə edib və gələcək fəaliyyətində uğurlararzulayıblar.

Qeyd edək ki, bu cür tədbirlərin xüsusilə də ABŞ-də keçirilməsi,erməni dezinformasiyalarının qarşısının alınması və regiondadavamlı sülh və sabitliyin təmin edilməsi məsələlərinə diqqətinyönəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu cürfəaliyyətlər, həmçinin regionda ədalət və həqiqətin bərpaedilməsinə də töhfə verir.

Koloradoda
Koloradoda
Koloradoda
Koloradoda
Koloradoda
Seçilən
110
4
az.trend.az

5Mənbələr