AZ

Qızını döyüb videoya çəkən ana ilə bağlı - DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.

XəzərNews.az xəbər verir ki, yayılmış görüntülərlə bağlı Qafqazinfo-nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, artıq azyaşlıya şiddət göstərən şəxs müəyyən olunub:

“Sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi artıq müəyyən olunub və onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də problemin araşdırıldığı bildirildi:

“Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Aidiyəti qurumlara da rəsmi müraciət olunub. Ana sabah üçün polisə dəvət olunub. Əgər gəlməsə, evinə səfər olunacaq. Həmçinin uşağın vəziyyəti araşdırılacaq”.

Xəbər 4 dəfə oxunub.
Seçilən
62
1
xezernews.az

2Mənbələr