AZ

Turistlərə qadağalar: Telefon, internet yox, hətta tualetə də icazə ilə gedirlər

Beş ildən sonra ilk dəfə sərhədlərini avropalı kiçik bir turist qrupuna açan Şimali Koreya onlara ağlasığmaz qadağalar tətbiq edib. Bir neçə Avropa ölkəsindən gələn səyahətçilər, Covid-19 pandemiyası dövründə sərhədlərini bağladıqdan sonra ölkəyə gələn ilk Qərb ziyarətçiləridir. 

“Şərq”  “NTV.com.tr”yə istinadən turistlərin qarşılaşdıqları ağlasığmaz çətinliklər barədə məlumat verir.  


 
Turistlər mobil telefondan istifadə edə bilməyib, internet xidməti də olmayıb. Hətta bankomat da tapmayıblar. Müxtəlif məhdudiyyətləri qəbul edərək ölkəyə daxil olan turistlər gördükləri mənzərədən təəccübləniblər. Onlar ölkənin daimi məmurları tərəfindən yaxından izlənilib və hətta tualetə də getmək üçün icazə istəməli olublar. 2020-ci ildən bəri ilk dəfə turistlərin ölkəyə daxil olmasına icazə verilib. Qrup paytaxt Pxenyandan 800 kilometrdən çox məsafədə, şimal-şərqdə Rason şəhərinə səfər edərkən Çin üzərindən ölkəyə daxil olub. Şimali Koreyaya əvvəlki səfərlərdə olduğu kimi, səyahətçilər ciddi şəkildə yoxlanılır və pivə zavodu, yeni tikilmiş və yaxşı təchiz olunmuş aptek və məktəb kimi məkanlara əvvəlcədən razılaşdırılmış ziyarətlərə icazə verilib. Turistlərə ölkə liderlərini təhqir etməmək, Şimali Koreyanın ideologiyasını ələ salmamaq və onun qeyri-ənənəvi həyat tərzini mühakimə etməmək də daxil olmaqla ciddi təlimatlar verilib. Onlar da ölkənin daim mövcud olan rəsmiləri tərəfindən yaxından izlənilib. 



Bu zabitlər ziyarətçilərin məhdudiyyətləri pozmamasını və marşrutdan kənara çıxmamasına nəzarət ediblər. 28 yaşlı britaniyalı yutuber Mayk O'Kennedi müsahibəsində “bir neçə dəfə tualetdən istifadə etmək istədiyimi onlara bildirməli oldum. Dünyanın heç bir yerində belə bir hal olmamışdı”, deyib. Səkkiz yaşlı bir qrup uşaq qonaq olan qərblilərə sevinclə mahnı oxuyarkən, böyük proyeksiya ekranında onlarla ballistik raketin atıldığını və şiddətli partlayışla naməlum bir metropolda binalara çırpıldığı nümayiş olunub. Şimali Koreya 1948-ci ildən ölkəni idarə edən Kim sülaləsinin yaydığı rəsmi fotoşəkillər vasitəsilə öz imicini xarici dünyaya yayır. Ziyarətçilər ölkədə reallığın fotolardakından çox fərqli olduğunu söyləyib. Ölkəyə üç dəfə səfər etmiş turist Co Smit “yollar dəhşətlidir, səkilər titrəyir, binalar qəribə şəkildə tikilib” deyərək Ş.Koreya mediasının dərc etdiyi görüntülərin həqiqəti əks etdirmədiyini bildirib. Şimali Koreya-Rusiya Dostluq Evini ziyarət edən gəncə imza atmaq üçün “Qonaqlar kitabı” verilib. O isə "Boşluğa düşdüm və "dünyaya sülh arzulayıram" kimi bir cümlə yazıb. Sonradan bələdçi ona bunun yersiz olduğunu söyləyib. Turist “bu, məni dəhşətə gətirdi”, deyib. Şimali Koreyaya turizm səfərləri təşkil edən qrup bildirib ki, mədəni mübadilə, ciddi nəzarət altında olsa da, onun hüdudlarından kənarda dünya haqqında çox az məlumatı olan avtokratik rejimin adi sakinlərinə fayda verir.

Seçilən
22
sherg.az

1Mənbələr