AZ

Musiqili Teatrın aktyoru iflic oldu

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

"Cebheinfo.az" oxu.az-a istinadla xəbər verir ki, bu barədə aktyorun qızı Leyla Rəhimli məlumat yayıb.

O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.

"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.

"Cebheinfo.az"

Seçilən
82
37
cebheinfo.az

10Mənbələr