Futbol üzrə Misli Premyer Liqasında XXV tur çərçivəsində günün ikinci oyunu Sumqayıtda keçiriləcək.
Offsideplus.az xəbər verir ki, "gənclik şəhəri"nin eyniadlı təmsilçisi çempionatın lideri “Qarabağ”la qüvvəsini sınayacaq.
Hazrıda uğursuz dövr yaşayan, 3 aydır "qara zolaq"dan çıxa bilməyən "Sumqayıt" vəziyyətdən çıxış yolunu axtrır. Vaqif Cavadovun yetirmələri 8-i Premyer Liqada olmaqla, son 10 matçda nə qol vura biliblər, nə də xal qazanıblar.
Sumqayıtlıların tilsimi sındıra bilib-bilməyəcəkləri saat 19:30-da başlanacaq oyunda məlum olacaq.
XXV tur
"Sumqayıt" 0-0 "Qarabağ" (birinci hissə)
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30