AZ

Baffetin Trampın tariflərinə reaksiyası: "Diş pərisi bunları ödəməz!"

"Tariflər, əslində, bizim bu sahədə kifayət qədər təcrübəmiz var. Onlar müəyyən mənada müharibə aktıdır"

Valyuta.Az xəbər verir ki, bunu "Berkshire Hathaway"in rəhbəri, məşhur investor Uorren Baffet, "CBS News"a müsahibəsi zamanıTrampın tarif siyasətini tənqid edərkən bildirib. O, həmçinin bu cür rüsumların inflyasiyanı artırıb istehlakçılara zərər verə biləcəyini də bildirib.  

"Zamanla bu tariflər mallara tətbiq edilən vergi halına gəlir. Axı diş pərisi onları ödəməz!", – deyə 94 yaşlı milyarder gülərək əlavə edib. "Sonra nə olacaq? İqtisadiyyatda həmişə bu sualı verməlisən: 'Sonra nə?'"

Bu, "Omahanın kahini" kimi tanınan Baffetin Trampın ticarət siyasəti ilə bağlı ilk açıq fikridir. Ötən həftə Tramp, Meksika və Kanadadan idxal olunan mallara 25%-lik tariflərin 4 mart tarixindən qüvvəyə minəcəyini, Çindən gətirilən mallara isə əlavə 10% rüsum tətbiq ediləcəyini açıqlayıb. Çin isə buna cavab tədbirlər görəcəyini bəyan edib.  

Trampın ilk prezidentliyi dövründə – 2018 və 2019-cu illərdə – Baffet qlobal ticarət müharibələrinin fəsadları barədə xəbərdarlıq etmiş və Respublikaçılar Partiyasının rəhbərinin aqressiv addımlarının dünya iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulamışdı.  

"CBS News"un jurnalisti ABŞ iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı sual verdikdə, Buffett birbaşa şərh verməkdən çəkinib.  

"Düşünürəm ki, bu, dünyanın ən maraqlı mövzusudur, amma danışa bilmərəm, danışmamalıyam. Həqiqətən danışa bilmərəm", – deyə o bildirib.  

Son bir il ərzində Buffett daha ehtiyatlı strategiya yürüdərək böyük həcmdə səhmləri satıb və rekord səviyyədə nağd vəsait toplayıb. Bəzi analitiklər onun bu addımını bazar və iqtisadiyyatla bağlı bədbin proqnoz kimi dəyərləndirsələr də, digərləri bunun "Berkshire Hathaway" holdinqinin gələcək rəhbərliyinə hazırlıq məqsədi daşıdığını düşünürlər.  

Son zamanlar bazarda dalğalanmalar artıb. İnvestorlar iqtisadi artımın yavaşlamasından, Trampın gözlənilməz siyasət dəyişikliklərindən və səhmlərin yüksək qiymətləndirilməsindən narahatdırlar. Bu il "S&P 500" indeksi cəmi 1% artıb. 

Rəhim

Seçilən
45
valyuta.az

1Mənbələr