AZ

Təbriz Universitetinin 142 doktor və mühəndisi ana dilinin tədrisi barədə Prezidentə müraciət edib

İranda Təbriz universitetinin müəllim-professor heyətinin Azərbaycan türkcəsinin tədrisi ilə bağlı ölkə Prezidenti Məsud Pezeşkiana ünvanlanmış müraciətini onlarla elmlər doktoru və mühəndis imzalayıb.

"Report" xəbər verir ki, müraciətdə fevralın 27-də İran parlamentində fars olmayanların ana dilində ədəbiyyatın tədrisi layihəsi dəstəklənib.

Sənədi 142 doktor və mühəndis imzalayıb.

Müraciətdə İran konstitusiyasının 15 və 19-cu maddələrinin icra edilməsinin vacibliyi vurğulanıb. Məsud Pezeşkiandan əsas qanunun bu maddələrinin icrası və qorunması istənilib. Ona prezident seçkilərinin təşviqat kampaniyası zamanı ana dilinin tədrisinə söz verdiyi də xatırladılıb.

Seçilən
42
6
far.az

7Mənbələr