AZ

Misir Sinayda dünyanın ən böyük hidrogen zavodunu tikmək istəyir

Qahirə, 3 mart, AZƏRTAC

Misirin İnvestisiya İmkanları Platforması Cənubi Sinayda dünyada ən böyük yaşıl hidrogen zavodunun tikintisi ilə bağlı layihə təqdim edib.

AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi ilə tərəfdaşlıqda inşa edilməsi planlaşdırılan layihənin ümumi dəyəri 17 milyard dollar təşkil edir.

Ümumilikdə 127 kvadratkilometr ərazidə yerləşəcək zavodda illik 400 min ton yaşıl hidrogen istehsalı nəzərdə tutulur.

Layihənin birinci mərhələsinin 2030-cu ildə, ikinci mərhələsinin 2033-cü ildə və üçüncü mərhələsinin isə 2035-ci ildə tamamlanması planlaşdırılır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
85
8
azertag.az

9Mənbələr