Qəzza zolağının yenidən qurulması ilk mərhələdə 2 ilə 5 milyard dollar arasında investisiya yatıracaq xüsusi fonddan maliyyələşdiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Misirdəki mənbələrdən əldə edilən məlumata görə, adı açıqlanmayan ərəb ölkələrinin nümayəndələri sözügedən fondun idarəçiliyini boynuna götürəcək.
Ərazinin yenidən qurulmasına “Ərəb-Avropa komitəsi” nəzarət edəcək.