AZ

Zelenski üzr istəməlidir, səbrimiz sonsuz deyil - Trampın müşaviri

Amerika xalqının səbri sonsuz deyil, pul kisəsi sonsuz deyil, təchizat və sursatımız da sonsuz deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

Uolts bildirib ki, indi Ukrayna ilə danışmaq vaxtıdır:

“Münaqişəni həll etmək üçün Zelenski ötən cümə günü Oval kabinetdə prezidentlə açıq mübahisədən sonra üzr istəməli, mineral tədarükü sazişi imzalamağa və Rusiya ilə sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etməlidir”.

Seçilən
135
1
axar.az

10Mənbələr