AZ

​Yaponiyada meşə yanğınları tüğyan edir

Yaponiyanın şimal-şərqində davam edən meşə yanğınında 2100 hektar ərazi kül olub. Metbuat.az xəbər verir ki, yerli dairələr alovun yaşayış məntəqələrinə doğru irəlilədiyini və 80-dən çox binanın zərər çəkdiyini bəyan ediblər. Təbii fəlakət zonasında bir nəfərin cəsədi tapılıb. Yanğınlarla mübarizə üçün ölkə üzrə 2000-dən çox yanğınsöndürənin cəlb edildiyi açıqlanıb. Məlumata görə, yanğına havadan və qurudan müdaxilə davam edir.

Təbii fəlakət nəticəsində 1200 sakin təxliyə edilib. Onlar müvəqqəti sığınacaqlara yerləşdirilib. Yerli dairələr alovun daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib.

Seçilən
27
metbuat.az

1Mənbələr