AZ

Məşhur basketbolçunu tarixi rekorddan cəmi bir xal ayırır

ABŞ-ın “Los-Anceles Leykers” komandasının tanınmış basketbolçusu Lebron Ceyms yeni rekorda imza atmaq ərəfəsindədir.

AZƏRTAC xəbər verir ki, 40 yaşlı oyunçu Milli Basketbol Assosiasiyasında (NBA) “Los-Anceles Klippers”lə keçirilmiş matçda 17 xal toplayaraq, karyerasında 49 min 999-cu xalını qazanıb. O, daha 1 xal qazanacağı halda, NBA tarixində 50 minə çatan ilk basketbolçu olacaq.

Qeyd edək ki, Los-Anceles derbisi “Leykers”in 108:102 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
30
1
yeniazerbaycan.com

2Mənbələr