Moldova millisinin DÇ-2026-nın seçmə mərhələsində martda keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
QOL.az moldfootball.com-a istinadən verdiyi məlumata görə, baş məşqçi Sergey Kleşenko qarşıdakı matçlar üçün 25 futbolçuya dəvət göndərib. Mütəxəssisin yığmaya dəvət etdiyi 4 qapıçıdan biri də “Araz-Naxçıvan”ın “1 nömrə”si Kristian Avramdır.
Qeyd edək ki, Moldova millisi öz meydanında martın 22-də Norveçi, 25-də isə Estoniyanı qəbul edəcək. Hər iki görüş “Zimbru” stadionunda keçiriləcək.