AZ

"Tottenhem" Vernerlə bağlı yekun qərarını verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Tottenhem" "Leypziq"dən icarəyə götürdüyü Timo Vernerlə bağlı qərar verib.
Oxu.Az xəbər verir ki, Premyer Liqa klubu alman hücumçunun transfer hüququna yiyələnməyəcək. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Tottenhem"in məşqçilər korpusu Vernerin çıxışından məmnun deyil. Paytaxt klubu 28 yaşlı forvard üçün 8.5 milyon funt-sterlinqlik satınalma bəndini işə salmayacaq. Futbolçu yayda "Leypziq"ə qayıdacaq.
Qeyd edək ki, "Tottenhem" Timo Verneri ötən ilin yanvar ayında icarəyə götürüb. Almaniya millisinin sabiq üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
60
25
oxu.az

10Mənbələr