AZ

Tramp: Ukraynanın faydalı qazıntıları ilə bağlı sövdələşmə hələ “ölməyib”

Bakı, 4 mart, AZƏRTAC

Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı razılaşma mümkün olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərə açıqlamasında deyib.

“Bizə nadir torpaq metalları lazımdır”, - deyə o əlavə edib. Tramp saziş barədə martın 4-də Senat və Nümayəndələr Palatasının birgə iclasında danışacağını da bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müqavilə ilə bağlı danışıqları yenidən başlamaq üçün nə etməli olduğu sualına Amerika lideri belə cavablandırıb: “Məncə, o, daha çox minnətdar olmalıdır. Çünki ABŞ hər vəziyyətdə onu dəstəkləyib. Biz Avropadan daha çox yardım etdik. Avropa isə bizdən daha çox yardım etməli idi”.

Seçilən
42
1
azertag.az

2Mənbələr