AZ

Ekvadorda daşqınlar nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb

Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqınlar nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.

Ekvadorun El Oro əyalətinin Pinas şəhərində güclü yağışlar insan tələfatına və böyük dağıntılara səbəb olub.

"Operativ Media" bu haqda yerli mediaya istinadən xəbər verir.

Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.

"San Roque" çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.

Rəsmi açıqlamalara görə, bölgədə 19 ev tamamilə dağılıb, 85 ev, 23 ictimai bina, səhiyyə ocağına və körpüyə ziyan dəyib.

Ekvador prezidenti Daniel Noboa təbii fəlakətin baş verdiyi Pinas şəhərinə səfər edib və vətəndaşlarla görüşüb.

Yerli hakimiyyət orqanları ilə görüşən Noboa humanitar yardımın sürətləndirilməsi və bölgənin tez bir zamanda normal vəziyyətə salınması üçün göstərişlər verib.

Ölkədə ilin əvvəlindən bu yana davam edən leysan yağışlar nəticəsində 14 nəfər həyatını itirdiyi halda, 73 min insan yağışlardan zərər çəkib.

Seçilən
39
operativmedia.az

1Mənbələr