Bakı. Trend:
Ukrayna Ali Radası ABŞ prezidenti Donald Trampa, Konqresə vəAmerika xalqına rəsmi müraciət edib.
Trend-inməlumatına görə, bu barədə Ukrayna parlamentinin saytındabildirilib.
Məlumata əsasən. Ukrayna parlamenti cəbhə xəttində vəziyyətinsabitləşməsinə kömək edən yardıma görə təşəkkür edib, həmçininsülhməramlı səylərə görə Amerika prezidentinə minnətdarlığınıbildirib.
Qeyd olunub ki, ABŞ-nin Ukraynanın strateji tərəfdaşı kimiverdiyi töhfə beynəlxalq müttəfiqlər arasında tarixinin ən çətindövrlərində ölkəmizə dəstək verməkdə həlledici əhəmiyyətəmalikdir.
"Ukrayna Ali Radası Ukrayna xalqı adından Prezident DonaldTrampa, ABŞ Konqresinə və Amerika xalqına Ukraynanın müstəqilliyi,suverenliyi və ərazi bütövlüyünə güclü və ardıcıl dəstəyə, eləcə dəcəbhə xəttində vəziyyətin sabitləşməsinə töhfə verən Ukraynayatəhlükəsizliklə bağlı yardım paketlərinə görə dərin minnətdarlığınıbildirir", - deyə müraciətdə bildirilib.
Müraciətdə daha sonra deyilib ki, Ukrayna Amerika xalqınınABŞ-nin qlobal liderliyinin hərtərəfli bərpası istəyinə dərinhörmətlə yanaşır.
"Əminik ki, ölkəmizin təhlükəsizliyi və sabit inkişafı ABŞ-ınsarsılmaz dəstəyi ilə təmin edilir və milyonlarla ukraynalıya ilhamverən Amerikanın tarixi uğurunun əsasını təşkil edən dəyərləri əksetdirir", - deyə bildirilib.