Bakının Nizami rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. 1news.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Quliyev Vasif Asif oğlu xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.