AZ

Premyer Liqa: Tovuzda və Masazırda avrokuboklara vəsiqə savaşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Öncə “Turan Tovuz” doğma meydanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə” ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Hər iki komanda iki turdur ardıcıl qələbə qazanır və bu seriyanın davamını gətirmək arzusundadır. Zirəlilər hazırda 45 xalla ikinci, tovuzlular isə 42 xalla dördüncü sırada qərarlaşıblar.

“Turan Tovuz”la “Zirə” daha öncə 10 oyunda qarşılaşıblar. Bu oyunlarda tovuzlular 3, zirəlilər 5 qələbə qazanıblar, 2 görüş bərabərliklə yekunlaşıb. “Turan Tovuz” son 3 ev oyununu qolsuz tərk etməyib. “Zirə” son 2 matçda qol vurmayıb.

Günün digər görüşü “Sabah”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Masazırda təşkil olunacaq bu görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Dörd oyundur (bir məğlubiyyət, üç heç-heçə) qələbə qazana bilməyən Naxçıvan təmsilçisi uğursuz gedişata Masazırda son qoymağa çalışacaq. Amma son iki oyunda heç-heçələrlə kifayətlənmiş “Sabah”a da bu matçda yalnız qələbə lazımdır. “Bayquşlar” hazırda 33 xalla beşinci sırada qərarlaşıblar. “Araz-Naxçıvan” isə 45 xalla üçüncüdür.

Bu, “Sabah” və “Araz-Naxçıvan”ın 7-ci görüşü olacaq. Əvvəlki 6 oyunda meydan sahibləri 3, naxçıvanlılar 1 qələbə qazanıblar, 2 görüşdə də heç-heçə qeydə alınıb. “Sabah” son 4 görüşdə qol vurub və uduzmayıb. “Sabah”ın ev qarşılaşmalarının hamısında eyni sayda – 2 qol vurulub.

Premyer Liqa
25-ci tur

3 mart

“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31. Leandro Andrade, 38.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

4 mart

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:30.

5 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

Seçilən
28
arena.az

1Mənbələr