AZ

Sıxlıqda qalmamaq üçün əks yola çıxıb qəza riski yaratdı- VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü qəza riski yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 77-FG-079 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sıxlıqda qalmamaq üçün qaydaları pozmağı seçib. O, əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı hərəkət edib. Nəticədə üz-üzə gələn "Mercedes" markalı avtomobilin yoluna çıxaraq təhlükəli anlar yaşadıb.

 

Fərid

Seçilən
37
avtosfer.az

1Mənbələr