Azərbaycan Premyer Liqasında XXV tur davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Hər iki qarşılaşmada avrokuboklara iddia edən komandalar üz-üzə gələcək. Əvvəlcə “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan qəsəbə təmsilçisi 4-cü sıradakı rəqibindən cəmi 3 xal öndədir. Tovuzlular doğma arenada qələbə qazanarsa, vəziyyəti xeyrinə dəyişə bilər.
Turnir cədvəlinin 3-cü sırasında yer alan “Araz-Naxçıvan” isə ilk “dördlüy”ə iddia edən “Sabah”ın qonağı olacaq. Naxçıvan təmsilçisi 45 xalla üçüncü pillədədirsə, 5-ci sıradakı “Sabah”ın aktivində 33 xal var.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXV tur
4 mart (çərşənbə axşamı)
17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”