AZ

ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin payı kəskin azalıb

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) aktivlərində nağd vəsaitlərin, banklar və digər maliyyə institutlarındakı depozitlərin, banklar və digər maliyyə institutlarına verilən kreditlərin payı kəskin azalıb.

Valyuta.az bu barədə ABB-nin maliyyə hesabatına istinadən xəbə verir.

2024-cü ildə ABB-nin aktivlərinin həcmi 13 milyard 628 milyon 949 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 39 milyon 292 min manat və ya 0,2% azdır.

2023-cü ilin sonunda bankın aktivlərinin həcmi 13 milyard 668 milyon 241 min manat olub.

ABB-nin nağd vəsaitlərinin həcmi 2024-cü ilin sonunda 3 milyard 162 milyon 282 min manat olub ki, bu da illik müqayisədə 908 milyon 587 min manat və ya 22,3% azdır. 

2023-cü ildə nağd vəsaitlərin həcmi 4 milyard 070 milyon 869 min manat təşkil edib. 

2024-cü ildə nağd vəsaitlər aktivlərin 23,2%-ini təşkil edib, halbuki bu göstərici 2023-cü ildə 29,7% idi. 

Banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi 393 milyon 174 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 78,6% və ya 1 milyard 452 milyon 614 min manat azdır.

ABB-nin 2023-cü ildə banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi 1 milyard 845 milyon 788 min manat təşkil edib. 

ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərin həcminin aktivlərində payı 2,8% idi, halbuki 2023-cü ildə bu göstərici 13,5% idi.

2024-cü ildə ABB-nin aktivlərində banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 19 milyon 808 min manat təşkil edib ki, bu da illik müqayisədə 15,6% və ya 3 milyon 676 min manat azdır.

2023-cü ildə banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 23 milyon 484 min manat olub.

Banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcminin aktivlərdə payı 0,1% təşkil edib.

Nara

Seçilən
37
valyuta.az

1Mənbələr