AZ

Oğru ev sahibini BIÇAQLADI

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1973-ci il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edərkən oğru Q. İbrahimova bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
14
modern.az

10Mənbələr