AZ

İsrail ordusu Suriyaya zərbələr endirib

İsrail ordusu Suriyada keçmiş rejimə aid silahların saxlandığı hərbi obyektə hava hücumu təşkil edib.

İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, Latakiyanın Qardaha rayonunda Suriyanın keçmiş rejiminə aid silahların saxlandığı hərbi sahəyə hava hücumu təşkil edilib.

Bildirilib ki, İDF bölgədəki hadisələri izləməyə davam edəcək və İsrailin təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
30
1
ikisahil.az

2Mənbələr