ABŞ prezidenti Donald Tramp ölkəyə gələn fentanillə mübarizə apara bilmədiyi üçün Çinə tətbiq edilən rüsumları 10 faizdən 20-ə qaldırıb.
Tramp keçən ay imzaladığı fərmanla ABŞ-a daxil olan fentanil səbəbiylə Çin idxalına 10 faiz gömrük rüsumunu tətbiq etmişdi. Tarif fevralın 4-dən qüvvəyə minmişdi.
Tramp öz sərəncamında Çinin fentanil də daxil olmaqla sintetik narkotiklərin ABŞ-a axınının qarşısını almaq üçün tədbir görməməsinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratdığını və rəsmi Pekinin bu böhranı yüngülləşdirmək üçün kifayət qədər addımlar atmadığını bildirib.
Buna görə Çindən idxala tətbiq edilən tarif dərəcəsi yüzdə 20-yə qaldırıldı.
Çinlə razılığa gələ bilmədikləri təqdirdə tariflərin arta biləcəyi barədə xəbərdarlıq edən Tramp, fevralın 27-də “Truth Social” hesabında paylaşdığı paylaşımda martın 4-də Çinə əlavə 10 faizlik tarif tətbiq ediləcəyini açıqlamışdı.