AZ

Meksika prezidenti ABŞ-ın gömrük rüsumlarından danışdı: Bizim A, B, C və D planımız var

Meksika prezidenti Şeynbaumun ABŞ gömrük rüsumlarına cavabı: Biz sakit və səbirlə gözləyəcəyik

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ prezidentinin Meksikadan idxal edilən mallara 25 faiz vergi tətbiq etmə qərarı ilə bağlı, "Sakit və səbirlə gözləyəcəyik", - deyib.

İki sahil” xəbər verir ki, Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında danışan Şeynbaum bildirib ki, bu, ABŞ hökumətinin verəcəyi qərardır: "Sakit və səbirlə gözləyəcəyik. Qeyri-müəyyənlik yaratmayaq. Bu, ABŞ hökumətinin verəcəyi qərardır və bu, çox vacibdir. Mülayim, sakit və səbirli olmalıyıq. Bizim A planımız, B planımız, C və D planımız var, ona görə də heç kim narahat olmasın".

Təhlükəsizlik qüvvələrinin fentanil və narkotik təşkilatlarına qarşı əməliyyatlarını qrafiklər vasitəsilə izah edən Şeynbaum, "Meksika üzərinə düşəni etdi. Bu ay əməkdaşlıq və koordinasiya baxımından yaxşı keçdi. Xarici işlər naziri Xuan Ramon de la Fuente Vaşinqtona getdi, təhlükəsizlik görüşləri və ticarətlə bağlı görüşlər keçirdi və bu, çox yaxşı keçdi", - əlavə edib.

ABŞ prezidenti Donald Tramp martın 3-də Kanada və Meksikadan idxal edilən məhsullara tətbiq etdiyi 25 faizlik gömrük rüsumunun sabahdan başlayacağı bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
51
ikisahil.az

1Mənbələr