Bu gecə futbol həvəskarları üçün növbəti bayram olacaq. 

Offsideplus.az xəbər verir ki, dünyanın ən sevimli idman növünün sehrinə düşənlər UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin startını səbirsizliklə gözləyirlər.

Qitənin ən nüfuzlu klub yarışında bu gün 4 matç keçiriləcək. Təbii ki, günün, eləcə də 1/8 final mərhələsinin mərkəzi görüşü Madrid derbisi olacaq. ÇL-də bu mərhələ çərçivəsində qalan cütlüklər ilk görüşlərini sabah keçirəcəklər.

Çempionlar Liqası, 1/8 final

21:45 "Brügge" - "Aston Villa"

00:00 "Borussiya" D. - "Lill"

00:00 PSV - "Arsenal"

00:00 "Real" M. - "Atletiko" M.